Bakıda qadın ərini öldürdü

TOPLUM bölməsi

21:28 - 30 Yanvar 2022

 Bakıda qadın ərini öldürdü

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Bu barədə Yenipress.az-a Suraxanı Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Hadızadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Hadızadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti