Bakıda polis faciəvi şəkildə öldü

TOPLUM bölməsi

14:54 - 30 Yanvar 2022

 Bakıda polis faciəvi şəkildə öldü

Xəzər rayonunda “Hunday” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində 1996-cı il təvəllüdlü Əli Fazil oğlu Əliyev dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yenipress.az Manset.az-a istinadən xəbər verir ki, ağır yol qəzasında dünyasını dəyişən Ə.Əliyev Çevik Polis Alayının (ÇPA) əməkdaşı, polis serjantı olub.

Xəbər xətti