Azərbaycanda balığın da qiyməti bahalaşdı - Video

TOPLUM bölməsi

12:00 - 30 Yanvar 2022

 Azərbaycanda balığın da qiyməti bahalaşdı - Video

Balığın qiyməti də bahalaşıb. Alıcılar ötən illə müqayisədə bahalaşmanın 3-5 manat arasında olduğunu deyirlər. Satıcılar dəniz balıqlarının qiymətinin artdığını təsdiqləyirlər. Yerli təsərrüfatlarda yetişdirilən balıqların qiymətində isə ciddi dəyişiklik yoxdur.

Yenipress.az xəbər verir ki, uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov qiymət artımının əsasən dəniz balıqlarında özünü göstərdiyini deyib.

Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən - İran və Rusiyadan gətirilir.

Bildirildi ki, qiymətlər bəzi balıq növlərinin ovuna qoyulan qadağa bitəndən sonra enə bilər:

Xəbər xətti