Tağıyevin abidəsini zədələyənlər saxlanıldı

TOPLUM bölməsi

10:01 - 19 Yanvar 2022

 Tağıyevin abidəsini zədələyənlər saxlanıldı

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib", - o deyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb. Belə ki, heykəldə əks olunan təsbeh sındırılıb. Polis ötən gün axşam saatlarından olayla bağlı araşdırmalara başlamışdı.

Xəbər xətti