Kreml Qərbi nüvə silahı ilə qorxudur

DÜNYA bölməsi

14:00 - 7 May 2024

 Kreml Qərbi nüvə silahı ilə qorxudur

Kreml nüvə təhdidlərindən və diplomatik manipulyasiyadan istifadə edərək, Qərbin qərar qəbul etməsinə yönəlmiş refleksiv nəzarət kampaniyasını həyata keçirir.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

Məlumata görə, refleksiv nəzarət Rusiyanın hibrid müharibə alətlərinin əsas elementidir:

“Bu, hədəfli ritorika və informasiya əməliyyatları vasitəsilə düşməni formalaşdıran bir taktikadır ki, düşmən könüllü olaraq Rusiyanın xeyrinə olan hərəkətlər etsin. Rusiya rəsmiləri müntəzəm olaraq nüvə hazırlığı təlimlərini və qeyri-müəyyən nüvə qisas təhdidlərini Qərb siyasətçilərinə özlərini dayandırmağa və Ukraynaya dəstəyini azaltmağa təzyiq məqsədilə istifadə edir. Rusiya qüvvələri nüvə ritorikası ilə bağlı bu geniş məlumat əməliyyatının bir hissəsi kimi planlaşdırılmış nüvə təlimləri keçirir, lakin ​​Rusiyanın Ukraynada və ya başqa yerlərdə döyüş meydanında taktiki nüvə silahından istifadə etməsi ehtimalının çox azdır”.

Xəbər xətti