İsrail və HƏMAS arasında saziş layihəsinin detalları

DÜNYA bölməsi

12:00 - 7 May 2024

 İsrail və HƏMAS arasında saziş layihəsinin detalları

Qəzza zolağında atəşkəs sazişi layihəsi anklavda saxlanılan bütün israilli girovların azad edilməsini nəzərdə tutur.

Yenipress.az xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” nəşrinin dərc etdiyi sənədin mətnində deyilir.

“Müqavilə fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsi müqabilində Qəzza zolağından bütün israilli girovların azad edilməsini, habelə daimi atəşkəs və İsrail qüvvələrinin geri çəkilməsini ehtiva edən davamlı atəşkəsə qayıtmağı hədəfləyir.

Razılaşmanın birinci mərhələsində HƏMAS 33 israilli girovu, o cümlədən qadınlar (həm mülki, həm də hərbçilər), 19 yaşdan kiçik uşaqlar və yeniyetmələr, 50 yaşdan yuxarı qocalar, xəstə və yaralı mülki şəxsləri azad etmələri müqabilində İsrail həbsxanalarında və təcridxanalarında olan çoxlu sayda fələstinlini azad etməlidir”, - məlumatda deyilir.

Mübadilə formuluna görə, İsrail hər mülki girov-qoca, xəstə və ya yaralının müqabilində yaşı 50-dən yuxarı olan 30 nəfər yaşlı fələstinlini və xəstə məhbusu azad etməlidir:

“İsrail ordusunun hər bir qadın əməkdaşının azadlığa buraxılması müqabilində HƏMAS 30-u ömürlük həbs cəzasına məhkum edilmiş 50 fələstinli məhbusu geri qaytarmağı gözləyir. Sənəd layihəsinə uyğun olaraq, HƏMAS razılaşmanın üçüncü günündə üç israilli girovu azad etməlidir. Bundan sonra Fələstin hərəkatı hər yeddi gündən bir qadın əsgərlər də daxil olmaqla üç girovu azad etməyi öhdəsinə götürür. Yeddinci günə qədər HƏMAS razılaşmanın birinci mərhələsində azad ediləcək girovların sayı barədə məlumat verəcək. Üç həftədən sonra İsrail yenidən həbs edilmiş bütün “Şalit razılaşmasının məhbuslarını” azad etməlidir. Bunlara 1028 fələstinli məhbus daxildir, onlardan 400-dən çoxu qətlə görə məhkum edilib. Onların hamısı 2011-ci ildə oğurlanmış İsrail əsgəri Gilad Şalitin Qəzzadan qaytarılması müqabilində sərbəst buraxıldıqdan sonra yenidən həbs edilib. Azad ediləcək canlı girovların sayı 33-ə çatmasa, o zaman bu, Fələstin hərəkatının əsirliyində ölən israillilərin cəsədləri ilə tamamlanacaq. Bunun müqabilində İsrail 2023-cü il oktyabrın 7-dən sonra həbs edilmiş bütün Qəzza sakinlərini, o cümlədən qadın, uşaq və 19 yaşından kiçik yeniyetmələri azad edəcək, bu şərtlə ki, münaqişə tərəfləri razılaşmanın beşinci həftəsində bu mübadilə mərhələsinə keçə bilsinlər. Altıncı həftəyə qədər HƏMAS atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bütün qalan girovları azad etməlidir. Bunun müqabilində İsrail HƏMAS-ın təqdim etdiyi siyahılara uyğun olaraq razılaşdırılmış sayda fələstinli məhbusları azad etməyi öhdəsinə götürür”.

Xəbər xətti