Vaxtilə deyirdilər, bununla Rusiyanı işğal edəcəyik

TOPLUM bölməsi

13:37 - 7 May 2024

 Vaxtilə deyirdilər, bununla Rusiyanı işğal edəcəyik

Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, biz niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı işğal edəcəyik.

Yenipress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyin müzakirəsində deyib.

Deputat bildirib ki, indi də Azərbaycanın yaxşı şərabları var:

“Amma ixrac yoxdur, kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3 manat, 4 manat. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.

Xəbər xətti