Evin həbsxanasında 60 yaşdan yuxarı qadın fəalların sayı

DÜNYA bölməsi

16:46 - 6 May 2024

 Evin həbsxanasında 60 yaşdan yuxarı qadın fəalların sayı

Tehranın Evin həbsxanasında yaşı 60-ı keçən 21 qadın siyasi məhkum saxlanılır.

Yenipress.az xəbər verir ki, bu barədə həmin həbsxanada saxlanılan siyasi məhbus Nərgiz Məhəmmədi məlumat yayıb.

O, bunu qadınların İranda dəyişiklik etməkdə israrlı olmalarının göstəricisi, həmçinin hakimiyyətin onlara qarşı zülmünün təzahürü kimi dəyərləndirib.

Qeyd edək ki, həmin qadınlar siyasi və ictimai fəaliyyətlərinə, məcburi hicab qaydalarına etiraz etdiklərinə görə həbs ediliblər.

Xəbər xətti