"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium...

TOPLUM bölməsi

22:38 - 3 May 2024

Bakı Xoreoqrafiya Akademyasının təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Məktəbinin təsis edilməsinin 95, Bakı Xoreoqrafiya Akademiyasının yaradılmasının 10 illiyi və Beynəlxalq rəqs gününə həsr olunmuş “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda III Beynəlxalq simpozium keçirilib.

Simpoziumda mədəniyyətlərarası dialoqda rəqs sənəti, rəqs sənətində ənənə və müasirlik, müasir elmdə xoreoqrafik əsərlərin təhlili və təfsiri problemləri, xoreoqrafiya sənətinin müasir formalarının inkişaf perspektivləri, təsviri sənətdə xoreoqrafik obrazlar, rəqs və musiqi vəhdəti, televiziya məkanında rəqs sənəti ətrafında müzakirələr aparılıb.

Elmi simpozium əyani və onlayn şəkildə keçirilib. Tədbirdə 50-yə yaxın məruzə dinlənilib, o cümlədən xarici ölkələrin nüfuzlu tədris və elmi qurumları qatılıb.

Bunların sırasında Azərbaycanın Əməkdar artisti, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Əliyev Eldar, Belarus Respublikasının Xalq artisti Yelizariyev Valentin, Qaziantep Universiteti Türk Musiqi Dövlət Konservatoriyasının professoru Kamile Perçin Akgül, “Yerusəlim baleti” məktəbinin direktoru Şaxal Yuliya, Gürcüstan mədəniyyət palatasının prezidenti Okitaşvili David, Azərbaycanın Əməkdar artisti, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) professoru Axundov Vitali, Rusiya  dövlət mükafatı laureatı, professor Əliyev Qumet, Qırğızıstan-Türkiyə Manas Universiteti İncəsənət fakültəsi Səhnə sənəti bölümünün professoru Gülbeyaz Kürşad, Kalmıkiya və Rusiyanın Əməkdar artisti Poladxanov Qulam, Azərbaycanın Əməkdar artisti, baletmeyster və müəllim repetitor Mehdiyev Ramil, o cümlədən Türkiyə, Rusiya, Qırğızıstan, ABŞ, Oman sultanlığı və Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası və Gəncə Dövlət Universitetinin tədqiqatçı-alimlərin məruzələri də dinlənilib.

Xəbər xətti