Sünni din xadimi: Ayrı-seçkilikdən bezmişik

DÜNYA bölməsi

13:27 - 3 May 2024

 Sünni din xadimi: Ayrı-seçkilikdən bezmişik

Ölkədə mövcud olan ayrı-seçkiliklərdən bezmişik.

Yenipress.az xəbər verir ki, bunu bəluc sünnilərin nüfuzlu din xadimi Mövləvi Əbdülhəmid deyib.

Sünnilərə qarşı ədalətsiz davranıldığını bildirən din xadimi qanunların hamı üçün eyni şəkildə tətbiq olunmasını tələb edib:

“Sünni din mərkəzlərinə qarşı təzyiqlər davam edir. Şiə din mərkəzlərində başqa yerlərdən gələn tələbələrə şərait yaradıldığı halda, sünni din mərkəzlərinə məhdudiyyətlər qoyulub. Əgər hamımız iranlıyıqsa, ölkədə ədalət və bərabərlik prinsipi hamıya qarşı eyni dərəcədə tətbiq edilməlidir. İslami və milli qardaşlığımız yalnız bu prinsip pozulmadığı təqdirdə özünü doğrulda bilər”.

Qeyd edək ki, İran əhalisinin təxminən 10 faizini təşkil edən sünni məzhəbli müsəlmanlar həmişə sistemli ayrı-seçkilik və təzyiqlərə məruz qaldıqları üçün ölkədə ikinci dərəcəli vətəndaş durumuna düşüblər.

Xəbər xətti