İranda 4 bəluc edama məhkum edildi

TOPLUM bölməsi

15:29 - 12 Fevral 2024

 İranda 4 bəluc edama məhkum edildi

İran məhkəməsi Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan 4 bəluc barədə edam hökmü çıxarıb.

Yenipress.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, edama məhkum edilənlər “silahlı üsyan” və “silahlı əks-inqilabçı qruplara üzv olmaq”da günahlandırılıblar.

Barəsində ölüm hökmü çıxarılanlardan biri Süleyman Şəhbəxşin 2016-cı ildə həbs edildiyi zaman 12 yaşı olub.

Xəbər xətti