Tehranda 4 jurnalist oğurlandı

TOPLUM bölməsi

10:54 - 12 Fevral 2024

 Tehranda 4 jurnalist oğurlandı

Fevralın 9-da təhlükəsizlik məmurlarının Tehranda "Fərdayi iqtisad" qəzetinin ofisinə basqını zamanı saxlanılan 4 jurnalistin taleyindən xəbər yoxdur.

Yenipress.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Mehrdad Əsgəri, Nikan Xəbbazi, Əli Təsnimi və Behzad Bəhmənnəkadın harada saxlanıldıqları barədə məlumat əldə etmək mümkün deyil.

İnsan haqları təşkilatları bunu hakimiyyətin müstəqil jurnalistləri oğurlaması kimi  qiymətləndirib.

Qeyd edək ki, təhlükəsizlik məmurları fevralın 5-də "Fərdayi iqtisad" qəzetinin ofisinə basqın edib və orada olan 30 jurnalist 14 saat ofisdə saxlanılıb.

Fevralın 6-ı səhər saatlarında digər jurnalistlərin redaksiyadan çıxışına icazə verilib, ancaq yuxarıda adı çəkilən 4 jurnalist orada saxlanılıb və fevralın 9-da naməlum yerə aparılıb.

Xəbər xətti