Danışıqlar başa çatdı - İlk açıqlama

DÜNYA bölməsi

20:51 - 28 Fevral 2022

 Danışıqlar başa çatdı - İlk açıqlama

15:23

Ukrayna nümayəndə heyətinin danışıqlar zamanı Rusiyadan tələbi açıqlanıb.

Yenipress.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ukrayna tərəfi Rusiyadan Krım və Donbas da daxil olmaqla bütün ölkədən qoşunlarını çıxarmasını tələb edir.

***

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında ilkin danışıqlar başa çatıb.

Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Birinci raund başa çatıb, yerlərdə əlavə məsləhətləşmələr, ondan sonra daha bir danışıqların aparılması mümkündür”, - o deyib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də qeyd edib ki, yaxın günlərdə Belarus-Polşa sərhədində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü baş tutacaq.

"Biz ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq", - deyə o qeyd edib.

Xəbər xətti