Qazaxıstan Putinin Ukrayna ilə bağlı hər iki təklifini rədd etdi

GÜNDƏM bölməsi

00:50 - 27 Fevral 2022

 Qazaxıstan Putinin Ukrayna ilə bağlı hər iki təklifini rədd etdi

Rusiya Belarus və Qazaxıstandan Ukraynadakı hərbi əməliyyatlara dəstək verilməsini istəyib.

Yenipress.az xəbər verir ki, Prezident Qasım-Jomart Tokayev Rusiyanın bu təklifindən imtina edib. O, Ukraynada hərbi əməliyyatlarda Qazaxıstanın heç bir halda iştirak etməyəcəyini bəyan edib.

Eyni zamanda, Qazaxıstan qondarma Luqansk və Donetsk separatçı qurumlarının müstəqilliyini tanımaqdan da imtina edib.

Tokayev bildirib ki, Qazaxıstan bütün bu kimi məsələlərdə beynəlxalq hüquqa və BMT qərarlarına uyğun davranacaq.

Xəbər xətti