Rus ordusu Kiyevə girir - SON DƏQİQƏ

DÜNYA bölməsi

16:19 - 24 Fevral 2022

 Rus ordusu Kiyevə girir - SON DƏQİQƏ

16:04

Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.

Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.

Qeyd edək ki, az öncə Kiyev vilayətinə doğru Rusiyanın onlarla hərbi helikopterinin Kiyev vilayətinə doğru uçduğunu əks etdirən görüntülər yayılmışdı.

Xəbər xətti