Qrossi İrana səfər edəcək

GÜNDƏM bölməsi

18:21 - 27 Fevral 2023

 Qrossi İrana səfər edəcək

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Mariano Qrossi yaxın günlərdə Tehrana səfər edəcək.

Yenipress.az xəbər verir ki, bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi Bəhruz Kamalvəndi məlumat verib.

“Son günlər Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə konstruktiv və perspektivli müzakirələr apardıq. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, Qrossini İrana rəsmi səfərə dəvət edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun səfəri yaxın günlərdə baş tutacaq. Səfərin proqramı ilə bağlı əlavə məlumat yaxın vaxtlarda mətbuatda dərc olunacaq”, - Kamalvəndi deyib.

Kamran

Xəbər xətti