İşdən çıxarılan jurnalist intihara cəhd etdi

TOPLUM bölməsi

11:32 - 27 Fevral 2023

 İşdən çıxarılan jurnalist intihara cəhd etdi

“Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib.

Yenipress.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər.

Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb.

O, hələ məhkəmədən öncə ədalətsiz qərar çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.

Xəbər xətti