İlham Əliyev Xocalı abidəsini ziyarət etdi

SİYASƏT bölməsi

11:00 - 26 Fevral 2023

 İlham Əliyev Xocalı abidəsini ziyarət etdi

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Yenipress.az xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Xəbər xətti