İran Xocalını ört-basdır edib, “erməni soyqırımı”nı təbliğ edir

GÜNDƏM bölməsi

16:00 - 26 Fevral 2023

 İran Xocalını ört-basdır edib, “erməni soyqırımı”nı təbliğ edir

Erməni milləti tarix boyu türklərə düşmənçilik edib. Cilovluq zamanında da assurlarla birlikdə Güney Azərbaycanın Qərbində Xoyda faciələr törədiblər, soyqırımlar ediblər. Həmçinin, 1992-ci ildə ermənilər rus güclərinə dayanaraq Xocalıda 600-dən çox insanı öldürüb, sakinlərə qarşı soyqırım aktı törədiblər. 

Bu sözləri Yenipress.az-a Güney azərbaycanlı milli fəal Murtəza Muradpur Xocalı faciəsi qurbanlarını yad edərkən deyib. 

O, ermənilərin bu əməlləri ilə qorxu yaradıb, yerli əhalini köçürüb, oralarda zorakılıqla torpaq sahibi olduqlarını xatırladıb:

“Azərbaycan 30 ildən sonra öz torpaqlarına sahib çıxıb, tam vaxtı çatdıqda ermənilərin cavabını verib. Bu göstərir ki, heç bir zaman haqsız qətllər, zorakılıqla, silah gücünə məzlum milləti oradan köçürüb torpaqlara sahiblənənlər o yerlərdə daimi qala bilməz. Uşaq ikən qaçanlar gəncliyində qayıtdı və qisasını aldı, torpaqlarına, dədə-baba yurdlarına sahib çıxdılar. Ermənilər Qarabağda Azərbaycan türklərini vəhşicəsinə öldürüblər, ancaq özlərini məzlum yerinə qoyaraq əməllərini, zülm və vəhşiliklərini ört-basdır etməyə çalışıblar”.

Milli fəalın sözlərinə görə, dünya azərbaycanlıları Xocalı faciəsinin qurbanlarını hər zaman yad edir:

“Güney Azərbaycanda millətçi kəsim əllərindən gəldiyi qədər Xocalı və Cilovluq faciəsini, ermənilərin etdiklərini millətə tanıtmağa çalışıb. Xalqımız yetərincə tanıyır. Bunlar haqqında məlumatlıdır. Ancaq dəqiq şəkildə, böyük göstərişli çıxışlara İran hökuməti izn vermir.

Ermənilərin törətdiyi bu faciəni qınamaq üçün böyük aksiyalar keçirmək imkanımız olmayıb.

 

Xalqımız ancaq evlərində mərasimlər keçirib, yaxud sosial mediada geniş şəkildə bilgilər yayımlayıb. İran hakimiyyəti hər nə qədər qarşı çıxsa da, bizə imkan verməsə də, Güney Azərbaycan Milli Hərakatı Xocalı faciəsini, soyqırımı millətimizə tanıdıb, anım mərasimləri keçirib. İran hakimiyyəti isə ermənilərə iddia etdikləri saxta soyqırımı anmağa, mərasim keçirməyə dəstək verib, hər cür şəraiti yaradıb. Etirazlar keçirəndə polis qüvvələri onları qoruyur, imkan vermirlər Tehranda yaşayan türklər ermənilərə layiq olduqları şəkildə cavab versinlər. İran hakimiyyətinin bu siyasəti Qarabağ işğaldan azad olunarkən üzə çıxdı və aydınlaşdı. Təəssüf ki, bizim yaşadığımız ölkədə ermənilərdən yana ikili standart həmişə olub və indi də var”.

Vüsalə

Xəbər xətti