Xareoqrafiya Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

TOPLUM bölməsi

14:41 - 26 Fevral 2023

 Xareoqrafiya Akademiyasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Yenipress.az xəbər verir ki, tədbirdə BXA-nın rəhbərliyi, tələbə və şagirdləri, həmçinin  professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin ədəbi hissəsində tam orta təhsil pilləsinin şagirdlərinin ifasında Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinə ithaf edilmiş şeir nümunələri, “Qanlı fevral gecəsi”, “Şəhid anası” və “Badamçiçəyi” səhnəcikləri təqdim olunub.

Tədbirdə Xocalı soyqırımının əsas səbəblərini və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə bəyan edən “Xocalı soyqırımı – 1992” filmi nümayiş etdirilib. 

Daha sonra akademiyanın müəllim heyəti çıxış edərək Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı faciəsinin xalqımıza qarşı törədilmiş, insanlığa sığmayan soyqırımı aktı olduğunu vurğulayaraq, buna dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin mütləq olduğunu bildirib.

Sonda isə Xocalı soyqırımına həsr olunmuş kitab və rəsm sərgisi keçirilib.

Xəbər xətti