İran bu qurumun qara siyahısında qaldı

GÜNDƏM bölməsi

20:53 - 25 Fevral 2023

 İran bu qurumun qara siyahısında qaldı

İran və Şimali Koreyanın Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF - Financial Action Task Force) qara siyahısında qalacaq.

Yenipress.az xəbər verir ki, bu barədə qurumun bəyanatında bildirilib.

Beynəlxalq qurum İranın terrorizmlə mübarizədə öhdəliyini yerinə yetirmədiyini deyib.

"İran terrorizmin maliyyələşdirilməsi ilə mübarizə ilə bağlı mövcud çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlər görməyincə qara siyahıda qalacaq",- bəyanatda bildirilib.

Cavid

Xəbər xətti