Omikron sürətlə yayılır: toylara məhdudiyyət qoyula bilər - Professor

TOPLUM bölməsi

12:31 - 31 Yanvar 2022

 Omikron sürətlə yayılır: toylara məhdudiyyət qoyula bilər - Professor

Dünya ölkələri Omikron ştammı ilə bağlı sərt tədbirlər görməsə də müəyyən məhdudiyyətlər qoyuldu. Hesab edirəm ki, ölkədə ciddi qapanmalar olmasa da, fevralın 15-dən epidemioloji vəziyyətə uyğun olaraq addımlar atıla bilər.

Yenipress.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Ekspert əlavə edib ki, Omikron ştamına əhalinin böyük hissəsinə yoluxur:

"Bu gün biz dalğanın içində yaşayırıq. Omikron ştammı çox yolxucudur. Yoluxmadan bir neçə saat sonra klinik əlamətləri özünü göstərir. Əvvəlki ştammlar isə bir neçə gün ərzində özünü göstərirdi.

Bu ştammın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

İnsanlar karantin davranışlarına qapalı mühitdə ciddi əməl etməlidir. Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər. Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyula bilər. Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər. Lakin çox sərt tədbirlərin görülməsinə lüzum görmürəm".

Xəbər xətti