Diqqət: bu ərazilərdə su olmayacaq

TOPLUM bölməsi

10:39 - 30 Yanvar 2022

 Diqqət: bu ərazilərdə su olmayacaq

Bakının bir sıra ərazilərində su kəsiləcək.

Yenipress.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq", - ASC rəsmisi qeyd edib.

Xəbər xətti