Rövnəq Abdullayevin qızı ilə bağlı - Maraqlı fakt

TOPLUM bölməsi

15:24 - 29 Yanvar 2022

 Rövnəq Abdullayevin qızı ilə bağlı - Maraqlı fakt

Hazırda yüksək vəzifə tutan məmurların əksəriyyənin övladları hakim partiyanın üzvüdürlər. Onlardan bəziləri isə partiya strukturlarında vəzifə də daşıyırlar.

Yenipress.az Modern.az-a istinadən xəbər verir ki, belə vəzifəli şəxslərdən biri də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevdir.

SOCAR prezidentinin özü və qızı YAP-ın Nizami rayon təşkilatın üzvüdürlər.

Rövnəq Abdullayevin qızı Sevinc Abdullayeva həm də YAP-ın Nizami rayon təşkilatında Gənclər Birliyinin sədri postunu tutur. Qeyd edək ki, bu yeni təyinat deyil.

1992-ci il təvəllüdlü Sevinc xanım 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, evlidir.

YAP-dakı vəzifəsilə yanaşı o, həm də “Qayğı” Sağlam Nəsil Naminə İctimai Təşkilatın sədridir.

Qeyd edək ki, SOCAR prezidentinin digər övladının – oğlu Rəşad Abdullayevin Türkiyədə yaşadığı, bizneslə məşğul olduğu bildirilir.

Xəbər xətti