Şəhidimizin adına protokol göndərildi - DİN-dən açıqlama

TOPLUM bölməsi

10:00 - 29 Yanvar 2022

 Şəhidimizin adına protokol göndərildi - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) şəhidin adına protokolun göndərilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenipress.az-a bildirilib ki, Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.

Qeyd edilib ki, 52 BG 172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol onun adına tərtib edillib:

"Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".

Xəbər xətti