4 dəfə vaksin olundu, bütün ştamlara yoluxdu - İnfeksionist

TOPLUM bölməsi

14:10 - 28 Yanvar 2022

 4 dəfə vaksin olundu, bütün ştamlara yoluxdu - İnfeksionist

Vətəndaş 4 dəfə vaksin olunmasına baxmayaraq, Omikron ştammına yoluxub.

Bu barədə Yenipress.az-a danışan şəxs bildirib ki, o, bundan əvvəl də vaksin olunduğu halda koronavirusa yoluxub:

“4-cü doza vaksini də vurdurmuşam. Bundan əvvəlki peyvəndləmələr zamanı əvvəl koronavirusa yoluxdum. Növbəti vaksində Delta ştammına yoluxdum. İndi isə Omikrona yoluxmuşam. 4 dəfə peyvənd olunduğum halda bu necə mümkündür?”

Vətəndaşın sualına aydınlıq gətirən infeksionist Nicat Əzimli açıqlamasında qeyd edib ki, belə halın baş verməsi mümkündür:

“Vaksinlərin əsas təyinatı xəstəliyə yoluxmanın deyil, ağırlaşma hallarının və ölümün qarşısını almaqdır. Bu səbəbdən burada qeyri-adi heç nə yoxdur”.

Aytəkin Qardaşova

Xəbər xətti