Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun

GÜNDƏM bölməsi

17:50 - 31 Yanvar 2022

 Sürücülərin nəzərinə: Bu yolda diqqətli olun

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Yenipress.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

"Bu üzdən sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

Xəbər xətti