Kəbəyə virtual səyahət dinimizin ruhuna yaddır - İlahiyyatçı

GÜNDƏM bölməsi

17:05 - 31 Yanvar 2022

 Kəbəyə virtual səyahət dinimizin ruhuna yaddır - İlahiyyatçı

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı Kəbə və ziyarət yerlərinin simulyasiyasını virtual aləmə daşıyıb. Müsəlmanlar Kəbədəki Həcərül-əsvəd daşını virtual olaraq ziyarət edə biləcəklər. İnsanlar virtual formada Həcərül-əsvədi həm gözlə görəcək, həm də səsləri və qoxunu duya biləcəklər. Bu məsələ bir sıra müsəlman ölkələrində ciddi müzakirəyə səbəb olub.

Bu barədə Yenipress.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli dinizimizdə olan bir sıra vacib ibadətlərin virtual aləmə daşınmasınən yolverilməz olduğunu bildirib.

“Virtual ziyarət və həcc anlayışı tamamilə dinimizin ruhuna yad olan məsələlərdir. Onsuz da virtual dünyaya doğru gedirik. Bizi yetişdirən mənəviyyat qaynaqlarımızı virtual şəkildə ziyarətə açmağa çalışan zehniyyət doğru addım atmır. Bir ilahiyyatçı kimi bu işin yanlış olduğunu düşünürəm. Müsəlman o mədəniyyəti qazanmaq üçün Məhəmməd peyğəmbərin qədəm basdığı torpağa gedib, saf ruhla geri qayıtmalıdır. İndi isə insanların önündə bir zəmin hazırlanacaq. Müsəlman pulunu ödəyib xəyalən Kəbəni ziyarət edəcək. Həcc İslamın axirət anlayışını ortaya qoyur. Heç bir kompüter müəllimi əvəz edə bilmədiyi kimi, Kəbə də heç bir virtual görüntü ilə əvəz olunmayacaq qədər əzəmətli ilahi evdir”.

Aytəkin Qardaşova

Xəbər xətti