AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi

TOPLUM bölməsi

12:17 - 1 Avqust 2022

 AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi

Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.

Yenipress.az xəbər verir ki, bu barədə ASAN Xidmət-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.

Onun sözlərinə görə, T.Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.

Qeyd edək ki, T.Orucov uzun illər Azərbaycan Televiziyası QSC-də çalışıb. Aparıcı, həmçinin İnformasiya proqramları studiyasının redaktoru vəzifəsini icra edirdi. T.Orucov bu gün işindən ayrıldığını açıqlayıb.

Xəbər xətti