Bakının 2 qəsəbəsində su olmayacaq

TOPLUM bölməsi

10:43 - 1 Avqust 2022

 Bakının 2 qəsəbəsində su olmayacaq

Bakının Əmircan və Köhnə Suraxanı qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu ASC-dən Yenipress.az-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti