Tofiq Şahmuradovla bağlı sensasion açıqlama: Həbsin əsl səbəbi... - Foto

TOPLUM bölməsi

09:48 - 1 Avqust 2022

 Tofiq Şahmuradovla bağlı sensasion açıqlama: Həbsin əsl səbəbi... - Foto

Bu böhtanlar Tofiq Şahmuradovun iki Rusiya hərbi kəşfiyyatının (ГРУ) agentinin dəstəyi və tövsiyyəsi ilə yaratdığı səhifədə 2019-cu ildə dərc olunub. Yazılanlarla işim yoxdur, savadsız və kəmağıllı bir məxluqun iyrənc təbliğatının təsiri altında Tərtərdə şərlənmiş hərbçilərimizin ana-bacılarının ünvanına bir sürü beyinsiz məxluqun yazdığı şərhlərə baxın.

Baxın və sonra sadəcə düşünün ki, Şahmuradov kimi əqli inkişafdan qalmış birinin idarə etdiyi kütləni hakimiyyət necə rahat idarə edir. İndi onu 1 aylığa tutublar. Həbsin əsl səbəbini yazıb istintaqın işinə mane olmaq istəmirəm, amma onun həbsindən narahat olanların niyə belə gərginlikdə qalmasının səbəblərini zamanında yazacağam.

Hələlik bunu demək istəyirəm ki, Şahmuradov həm də orduda kök salmış və o cümlədən də Tərtər qətliamını törətmiş xain çətənin qanlı kassasının kassiri olub. O kassadan kimlərə və haralara "mükafatlar" çatdırıldığını istintaq açıqlayanda (əgər açıqlasa əlbəttə) "şərdir, böhtandır" deməyə tələsməyin.

Çünki elə adlar, elə qurumlar o siyahıdan çıxacaq ki, inanmaq belə çətin olacaq. Ümid edirəm, bunların hamısı olacaq, amma ümidlə yaşamağa alışmadığımdan həm də "unudulanları" mütləq xatırladacağam. Demişəm axı, Tərtər qətliamı Azərbaycanı ya dəyişəcək, ya da dağıdacaq. Mən birinciyə çalışıram.

Ərəstun Oruclu

Xəbər xətti