Masallıda dəhşət: İki qardaş birləşib əmilərini baltaladı

TOPLUM bölməsi

09:39 - 1 Avqust 2022

 Masallıda dəhşət: İki qardaş birləşib əmilərini baltaladı

İyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenirpess.az-a Masallı Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İş üzrə istintaq davam edir.

Xəbər xətti