Kəmaləddin Heydərovun 1-ci müavini qəzaya düşdü - Video

TOPLUM bölməsi

10:30 - 30 İyul 2022

 Kəmaləddin Heydərovun 1-ci müavini qəzaya düşdü - Video

Dünən Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, yüksək sürətlə hərəkət edən 90 FH 005 nömrə nişanlı BMV markalı avtomobil “Hunday Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra BMV-dəki sərnişin başqa avtomobilə əyləşərək, ərazini tərk edib.

Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.

Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.

Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.

Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün-red.) günahın kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, 90 FH 005 nömrə nişanlı BMV Fövqəladə Hallar nazirinin birinci müavini, genaral-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.

Avtomobili etibarnamə ilə Azad Eynulla oğlu Cəlilov idarə edir.

Xəbər xətti