Xəzərdə batan şəhid oğlu və qazinin meyiti tapıldı

TOPLUM bölməsi

12:44 - 30 İyul 2022

 Xəzərdə batan şəhid oğlu və qazinin meyiti tapıldı

09:37

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Yenipress.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

***

 

İyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Sübhan Yədulla oğlu Zöhrabovun cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, onun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib.

Mərhumun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti