Azərbaycanda bu sədr 3150 manat maaş alacaq

TOPLUM bölməsi

16:03 - 29 İyul 2022

 Azərbaycanda bu sədr 3150 manat maaş alacaq

Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Yenipress.az xəbər verir ki, dəyişikliklə Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Hesablama Palatası sədrinin müavini 2800 manat, auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd edək ki. hazırda Hesablama Palatasının sədri vəzifəsini Vüqar Gülməmmədov icra edir.

Xəbər xətti