Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - Qərar

TOPLUM bölməsi

10:34 - 29 İyul 2022

 Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - Qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.

Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazımovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.

Xəbər xətti