Hava dəyişir: güclü külək əsəcək - XƏBƏRDARLIQ

TOPLUM bölməsi

16:23 - 28 Yanvar 2022

 Hava dəyişir: güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Yenipress.az xəbər verir ki, bu barədə gözlənilən hava şəraiti haqqında yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında yanvarın 29-u günün ikinci yarısından 30-u axşamadək cənub-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər xətti