Sumqayıtın icra başçısı işə çıxmır? - Açıqlama

TOPLUM bölməsi

13:05 - 28 Yanvar 2022

 Sumqayıtın icra başçısı işə çıxmır? - Açıqlama

Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı bu səbəbdən işə çıxmır. Onun səlahiyətlərini isə tabeliyində olan şəxslər icra edir.

Yenipress.az xəbər verir ki, Zakir Fərəcovun birinci müavini Teymur Səmədov Qaynarinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib:

"Deyilənlər həqiqətə uyğun deyil. Zakir müəllimin səhhətində hər hansı problem yoxdur. Hazırda da iş başındadır. Yanında qonaqları var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Hicran Hüseynova, BMT-nin nümayəndəsi də burdadır. Bu gün Sumqayıtda Qadın Resurs Mərkəzi açılır. Zakir müəllim də qonaqları qəbul edir. Mərkəzin açılış mərasimində də iştirak edəcək.

Maşallah sağlamdır, gümrahdır, heç bir problemi də yoxdur. Ağsaqqala həmişə hörmət etməliyik. Tutaq ki, o, heç mənim rəhbərim deyil. Amma ağsaqqaldır axı. Belə insanlara hörmət etmək lazımdır”.

Xəbər xətti