And içmişəm, bu haqda bir kəlmə də danışmayacam - Misir Mərdanov

TOPLUM bölməsi

12:08 - 28 Yanvar 2022

 And içmişəm, bu haqda bir kəlmə də danışmayacam - Misir Mərdanov

Mən ordan çıxmışam və buna görə də o işə qarışmıram. And içmişəm ki, təhsillə bağlı bir kəlmə də danışmayacağam.

Yenipress.az xəbər verir ki, bu sözləri Bizim.Media-nın son günlər müəllim-şagird arasında baş verən hadisələrə dair sualına cavab olaraq sabiq təhsil naziri Misir Mərdanov deyib.

Misir Mərdanov bildirib ki, jurnalistlər açıqlamalarının müəyyən hissələrini kəsməklə həm də qismən təhrif etmiş olurlar. Nəticədə isə müsahibin demək istədiyi yox, başqa məna ortaya çıxır:

“Qərara gəlmişəm ki, təhsillə bağlı heç nə danışmayacağam. O qədər danışanlar var ki, qoy danışsınlar”.

Xəbər xətti