İnternat məktəbinin direktoru ərzaqları öz maşınına yüklətdirir - VİDEO

TOPLUM bölməsi

11:54 - 28 Yanvar 2022

 İnternat məktəbinin direktoru ərzaqları öz maşınına yüklətdirir - VİDEO

3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru oradakı ərzaqları şəxsi maşınına yüklətdirir.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimova məktəbin ərzağını anbardan öz şəxsi maşınına yüklətdirərək daşıtdırıb.

İddia edilib ki, direktor həmin ərzaqları müəyyən yerlərdə satışa çıxardır.

***

Təhsil Nazirliyindən bildirilib ki, 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın məktəbdəki ərzaqları şəxsi maşınına yüklətdirməsi barədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.

 

 

Xəbər xətti