Bu gün ölkəmizdə neçə nəfər koronaya yoluxub? - Yeni statistika

TOPLUM bölməsi

16:33 - 21 Yanvar 2022

 Bu gün ölkəmizdə neçə nəfər koronaya yoluxub? - Yeni statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenipress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib. 10 683 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, bu günə qədər isə ümumilikdə 6 045 582 test icra olunub.

Xəbər xətti