Ohanyan Şuşa və Hadrutu “qaytarma” yolundan danışdı

SİYASƏT bölməsi

16:28 - 21 Yanvar 2022

 Ohanyan Şuşa və Hadrutu “qaytarma” yolundan danışdı

Bu gün demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağını heç kim deyə bilməz. Bundan ötrü aidiyyəti komissiya yaradılmalı, bu komissiya isə sovet vaxtındakı sazişləri – hüquqi bazanı tapmalı, bütün fəaliyyət paketini hazırlamalıdır.

Yenipress.az xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun deputatı, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Yalnız tam qiymətləndirmə və əhəmiyyətli müzakirələrdən sonra sərhədin haradan keçdiyi haqda qərar vermək olar”, - Ohanyan vurğulayıb.

O iddia edib ki, Azərbaycan heç vaxt qarşılıqlı olaraq hərbi birliklərin sərhəddən geri çəkilməsi ilə razılaşmayacaq:

“Biz sülhə çalışmalıyıq, ancaq heç bir halda maraqlarımızı, tarixi torpaqlarımızı və suyumuzu qurban verməklə yox”.

Azərbaycan ordusunun hazırda “Ermənistan sərhədindən içəridə” yerləşən qüvvələrinin geri çəkilməsi mümkünlüyündən danışan Ohanyanın bildirib:

“Nəzəri baxımdan “artsaxlıların” Şuşa, Hadrut, o cümlədən Ağdərə, Əsgəran və Xocavənd rayonlarının bir hissəsinə haqları da bərpa oluna bilər. Bundan ötrü mütləq danışıqlar aparılmalıdır. Yəni nəzəri baxımdan Şuşa və Hadrutu qaytarmaq olar. Ancaq bundan ötrü təsir rıçaqları lazımdır və o rıçaqlar hakim komandadadır”.

O, belə rıçaqlardan məlumatsız olduğunu, yalnız ATƏT-in Minsk Qrupu vasitəsilə “təzyiqləri artırmaq” lazım gəldiyini də iddia edib.

Xəbər xətti