Bayden hədələdi: Putin bunun əvəzini ağır ödəyəcək

DÜNYA bölməsi

09:30 - 20 Yanvar 2022

 Bayden hədələdi: Putin bunun əvəzini ağır ödəyəcək

Rusiya Prezidenti Vladimir Putin hələ Ukrayna ilə bağlı qərar verməyib.

Yenipress.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden mətbuat konfransında deyib.

“Məncə, Putin Rusiya üçün təxirəsalınmaz, yaxınvədəli və uzaqvədəli nəticələri hesablayır. Hesab etmirəm ki, o artıq qərar verib”, - Bayden bildirib.

ABŞ lideri qeyd edib ki, bunun Putinin təkbaşına və putinsayağı qərarı olduğuna əmindir:

“Başqa heç kim bu qərarın qəbulunda iştirak etmir. Heç kəs bu qərara müdaxilə edə bilməz. O özü qərar verir”.

Bayden deyib ki, Putin Qərbi, ABŞ-ı, NATO-nu nə qədər gücü çatırsa, o qədər də sınayır:

“Məncə, o, buna görə ciddi və ağır əvəz ödəyəcək”.

Xəbər xətti