İran və Ermənistanda dinlərarası tədbirlər keçiriləcək

DÜNYA bölməsi

13:52 - 8 Fevral 2024

 İran və Ermənistanda dinlərarası tədbirlər keçiriləcək

İrəvan Dövlət Universitetinin İlahiyyat fakültəsi ilə İranın Ermənistandakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə islam və xristianlıq dinlərinin potensialını mümkün qədər tanıtmaq üçün dinlərarası davamlı görüşlər keçiriləcək.

Yenipress.az xəbər verir ki, bu barədə İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının saytı məlumat yayıb.

Məlumata görə, bu məqsədlə islam və xristianlıq mövzusunda birgə görüşlərin planlaşdırılması ilə bağlı İranın Ermənistandakı Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Əsədi Muvəhhid və İrəvan Dövlət Universitetinin İlahiyyat fakültəsinin rəhbəri yepiskop Anuşavan Jamkoçyan arasında görüş keçirilib.

Xəbər xətti