Kətaib komandirinin öldürülməsi başlanğıcdır - İranlı politoloq

DÜNYA bölməsi

13:39 - 8 Fevral 2024

 Kətaib komandirinin öldürülməsi başlanğıcdır - İranlı politoloq

Deyə bilmərik ki, bir Hizbullah komandirinin öldürülməsi ilə bu hekayə tamamlanacaq. Hətta bəlkə, bu, bütün prossesin başlanğıcı ola bilər. Məncə, ABŞ ordusunun İraqda qalma ehtimalı böyüyəcək və bu cür  əməliyyatlar qarşıdakı günlərdə daha da şiddətlənəcək.

Yenipress.az xəbər verir ki, bu sözləri iranlı politoloq Cəlil Roşəndel Kataib Hizbullah komandirinin öldürülməsi ilə əlaqədar “İran İnternəşnl”a müsahibəsində bildirib.

“İraq hökumətinə nisbətən yaxın olan Kataib Hizbullahı ABŞ hədəflərini daha vurmayacağını bəyan etsə də, görünən odur ki, əldə olunan ani kəşfiyyat məlumatı sayəsində Vaşinqton bu işdə birbaşa əli olan şəxsi hədəf alaraq həlak olan əsgərlərinin qisasını almağa nail oldu. Həmçinin bu yolla o, İranın dəstəklədiyi proksi qüvvələri ilə döyüşmək və onlara göndərilən silah-sursatın çatdırılmasını əngəlləmək üçün əsaslı bəhanə əldə etdi. Onu da deyim ki, bir Kətaib komandirinin öldürülməsi ilə bütün qruplaşmanın strukturunun ziyan görməsini və yaxud onun arxasındaki qüvvələrin məğlub olmasını gözləmək sadəlövlük olar”, - o bildirib.

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdada endirdiyi zərbələr nəticəsində həlak olan Kətaib Hizbullah qruplaşmasının lideri Əbu Bagir əs-Səidi Qasım Süleymaniyə yaxın olan Əbu Mehdi Mühəndisin şəxsi cangüdəni olub. O, qruplaşmanın silah tədarükü və regiondakı əməliyyatların icrasına rəhbərlik edib.

Xəbər xətti