Ərp bağlamış çaydandan müntəzəm su içməyin! - Təhlükə

SAĞLIQ bölməsi

20:23 - 9 Yanvar 2023

 Ərp bağlamış çaydandan müntəzəm su içməyin! - Təhlükə

Ərp bağlamış çaydandan müntəzəm su içmək böyrək problemlərinə səbəb ola bilər.

Yenipress.az xəbər verir ki, bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

O qeyd edib ki, əgər çaydan uzun müddət ərpdən təmizlənməsə, mineral yataqların hissəcikləri qaynadılmış içməli suya düşəcək:

“Bu sidik sisteminin kalsium və maqnezium duzları ilə yüklənməsinə səbəb olacaq. Müntəzəm olaraq belə mayeni qəbul etmək isə böyrək daşları yaranda bilər”.

Dietoloq bildirib ki, belə su artıq böyrək xəstəliyi olan şəxslərin vəziyyətini daha da ağırlaşdırır. Buna görə də, çaydanların vaxtaşırı limon turşusu və ya sirkə ilə təmizləməyi tövsiyə edilir.

Xəbər xətti