Xatirədən Oqtay Əliyevə şok sözlər

MAQAZİN bölməsi

00:00 - 11 Fevral 2022

 Xatirədən Oqtay Əliyevə şok sözlər

Müğənni Xatirə İslam prodüser Oqtay Əliyevin ünvanına xoşagəlməz sözlər deyib.

Yenipress.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xatirə İslam həmkarı Natavan Həbibi ilə Oqtay Əliyeva arasında yaranan qalmaqala reaksiya göstərib.

O, Natavan Həbibinin müdafiəsinə qalxıb:

"Onu deyim ki, mən Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim, ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi ona yaraşdırmadım. Boşanmaq Allahın qismətidir, heç kim sığortalanmayıb. 30 ilin ailəsi də dağıla bilər. Çox çətin zamana gəlmişik, hər şey dəyişib.

Sabah siz də boşana bilərsiniz, mən də boşana bilərəm. Deməli, ağzımızı açan boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqrəba ilə yanında utandıracaqsınız. Bilirsiniz ki, bu ölkədə nə qədər boşanmış qadın var. Müğənni də adi insandır, o qadınlardan biri, taleyində anlaşılmazlıqlar ola bilər və ayrılar. Bu hallara görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, günah ondadır. Bu minvalla da evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb, xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var".

Qeyd edək ki, müğənni Natavan Həbibinin televiziyadan qonorar tələb etməsi Oqtay Əliyev arasında qalmaqala səbəb olub. Oqtay Əliyev Natavan Həbibi haqqında "Gündə boşanır..." deyib.

Xəbər xətti