Dünyanın ən bahalı futbolçusu odur

İDMAN bölməsi

17:34 - 5 Yanvar 2023

 Dünyanın ən bahalı futbolçusu odur

“CIES Football Observatory” futbolçuların transfer dəyərinin reytinqini açıqlayıb.

Yenipress.az xəbər verir ki, tədqiqat qrupu dünyanın 75 liqasından 30 mindən çox oyunçunun təxmini transfer dəyərini dərc edib.

“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 208 milyon avro ilə ən bahalı futbolçu olub. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 200,5 milyon avro ilə reytinqdə ikinci pillədə qərarlaşıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe (191,7 milyon avro), “Real Madrid”dən Vinisius Junior (190,5 milyon) və Erlinq Holand (“Mançester Siti”, 174,9 milyon) yer alıblar.

Lionel Messi və Kriştiano Ronaldo reytinqdə ilk yüzlüyə belə daxil edilməyib.

Xəbər xətti