Ovusu “Qarabağ”dan getdi

İDMAN bölməsi

15:45 - 5 Yanvar 2023

 Ovusu “Qarabağ”dan getdi

“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək.

Yenipress.az Sportlife.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.

Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.

Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

Xəbər xətti