“Qarabağ” Kadini fantastik məbləğə satdı

İDMAN bölməsi

09:30 - 5 Yanvar 2023

 “Qarabağ” Kadini fantastik məbləğə satdı

“Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb.

Yenipress.az xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb. 

Qeyd edək ki, Kadinin transferi ilə “Qarabağ” Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.  

Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.

Xəbər xətti